“Koreya Respublikası, ABŞ və Yaponiya xarici işlər nazirləri Münxen Təhlükəsizlik Konfransı çərçivəsində üçtərəfli danışıqlar aparmağı planlaşdırırlar”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Yaponiya mətbuatı məlumat yayıb.
Bu görüş Marko Rubionun ABŞ-ın dövlət katibi seçildikdən sonra ilk dəfə üçtərəfli danışıqlarda iştirak edəcəyi görüş olacaq.
Qeyd edək ki, Münxen Konfransı fevralın 14-16-na planlaşdırılıb.



