Xəbərlər

ABŞ Çin rəsmilərinə viza sanksiyaları tətbiq edəcək

ABŞ administrasiyası xarici vətəndaşların, o cümlədən diplomatların və jurnalistlərin Çin Xalq Respublikasının (ÇXR) Tibet Muxtar Bölgəsi ərazisinə girişinə mövcud məhdudiyyətlər tətbiq etməsi səbəbindən Çin rəsmilərinə viza məhdudiyyətləri tətbiq edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubionun bəyanatında bildirilib.

“Bu gün mən Tibet ərazilərinə xarici girişə qadağaların tətbiqi ilə bağlı siyasətin işlənib hazırlanması və ya həyata keçirilməsində əhəmiyyətli rol oynayan Çin rəsmilərinə əlavə viza məhdudiyyətləri tətbiq etmək üçün tədbirlər görürəm”, – bəyənatda bildirilib.