ABŞ Hərbi Hava Qüvvələri 2025-ci ildə Sakit Okean regionunda Çinlə mümkün münaqişə vəziyyətində qüvvələrin yerləşdirilməsini sınaqdan keçirmək üçün təlimlər keçirəcəyini açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Defence One” portalı məlumat yayıb.
“Biz yay təlimimizi daha genişmiqyaslı edəcəyik. Bu da Sakit Okean regionuna daha qərarlı qayıdış deməkdir”, – məlumatda bildirilib.
Qeyd edilib ki, təlimdə Alyaska, Havay, Quam və ABŞ materikində yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin bölmələri də iştirak edəcək.