Xəbərlər

ABŞ-da döyüş təyyarəsi qəzaya uğrayıb, 2 pilot ölüb

Oktyabrın 15-də Vaşinqton ştatında adi təlim uçuşu zamanı qəzaya uğrayan döyüş təyyarəsinin itkin düşən 2 pilotunun cəsədi tapılıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Məlumatda bildirilib ki, qəza zamanı təyyarəni idarə edən və itkin düşən iki pilotun cansız bədənləri tapılıb, onların kimlikləri bir neçə gün ərzində açıqlanacaq.

Qeyd edək ki, səlahiyyətlilər qəza ilə bağlı istintaqın davam etdiyini əlavə ediblər.