Xəbərlər

ABŞ-da eyni bölgədə iki təyyarə qəzaya uğrayıb

ABŞ-ın Nebraska ştatının Noks bölgəsində “Rans S-19” tipli təyyarə qəzaya uğrayıb, pilot həlak olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd edilib ki, bu qəzadan təxminən yarım saat sonra “Piper PA-28-140” tipli tək mühərrikli təyyarə eyni ştatın Ueyn bölgəsində qəzaya uğrayıb.

Həlak olan və yaralananlarla bağlı məlumat verilməyib, qəza ilə bağlı istintaq davam edir.

Hər iki qəzanı araşdırmaq üçün bölgəyə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) mütəxəssisləri göndərilib.