Xəbərlər

ABŞ-da qar fırtınası səbəbindən ölənlərin sayı 89-a yüksəlib

ABŞ-ın böyük bir hissəsinə təsir edən qar fırtınası və qütb soyuqları səbəbindən can itkisi artır.

“Füyuzat”ın məlumatına görə, keçən həftədən bəri ölkə daxilində həddindən artıq soyuqdan ölənlərin sayı 89-a yüksəlib.

Ən çox itki azı 25 ölümlə Tennessidə baş verib. Oreqon 16 ölümlə ikinci yerdədir.

Həmçinin İllinoys, Pensilvaniya, Missisipi, Vaşinqton, Kentukki, Viskonsin, Nyu-York, Nyu-Cersi və bir çox başqa ştatlarda da ölüm halları qeydə alınıb.

Əlverişsiz hava şəraitinin həftənin əvvəlinə qədər davam edəcəyi gözlənilir.