ABŞ-ın Arizona ştatında təyyarə qəzası nəticəsində 5 nəfər ölüb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Mesa Polis İdarəsi və Mesa Yanğın və Sağlamlıq Departamenti məlumat yayıb.
Verilən məlumata görə, Mesa şəhərindəki Falcon Field hava limanından havaya qalxan kiçik bir reaktiv təyyarə uçuş-enmə zolağının yanındakı avtomobilə çırpılıb.
Qəzada pilot, köməkçi pilot, 2 sərnişin və nəqliyyat vasitəsinin sürücüsü həyatını itirib, 1 nəfər yaralanıb.