Xəbərlər

ABŞ-da təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb

ABŞ-ın Vermont ştatında təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edilib ki, axtarış işləri nəticəsində təyyarənin qalıqlarının tapıldığı ərazidə 4 nəfərin cansız bədənləri tapılıb.

Federal Aviasiya İdarəsi və Milli Təhlükəsizlik Şurası məsələ ilə bağlı araşdırmaya başlayıb.