Xəbərlər

ABŞ Danimarkaya 744 milyon dollarlıq raket satışını təsdiqləyib

Dövlət Departamenti Danimarkaya 744 milyon dollar dəyərində 200-dən çox hava raketinin satışını təsdiqləyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, mümkün tədarüklərə ehtiyat hissələri, köməkçi avadanlıq, proqram təminatı, habelə logistika və silah təmiri xidmətləri daxildir.