Xəbərlər

ABŞ Dövlət Departamenti 1300-dən çox əməkdaşını ixtisar edəcək

“İyulun 11-də ABŞ Dövlət Departamenti 1300-dən çox işçini ixtisar etmək məqsədilə kütləvi ixtisarlara başlayıb”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Associated Press” (AP) məlumat yayıb.

Qeyd edilib ki, gün ərzində 1107 adi dövlət qulluqçusu və 246 diplomatik xidmət əməkdaşı ixtisarla bağlı bildiriş alacaq.

“Dövlət Departamentinin yenidən təşkili ilə əlaqədar olaraq, daxili fəaliyyət diplomatik prioritetlərə diqqət yetirmək üçün sadələşdirilir”, – agentlik bildirişin mətnindən sitat gətirib.