Xəbərlər

ABŞ Dövlət Departamentinin rəsmisi hökumətin Qəzza siyasətinə görə istefa verib

ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və İmmiqrasiya Bürosunda çalışan yüksək səviyyəli məmurlardan biri Stacy Gilbert İsrailin və ölkəsinin Qəzzaya yönəlik siyasətləri səbəbiylə istefa verdiyini açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Amerikanın “Washington Post” (WP) qəzeti məlumat yayıb.

Gilbert nazirlik işçilərinə elektron məktub göndərərək ABŞ Dövlət Departamentinin İsrailin Qəzzaya yardımı əngəllədiyinə dair xəbərinin yanlış olduğunu bildirib.

Gilbert istefasına səbəb olan hesabatın Bayden Administrasiyasının İsrailə milyardlarla dollarlıq yardım göndərməsini qanuniləşdirdiyi bildirilib.

Xəbərdə bildirilib ki, Gilbert məsələ ilə bağlı sualı cavablandırmaqdan çəkinib, Xarici İşlər Nazirliyinin rəsmisi isə Gilbertin istefası ilə bağlı deyib: “Fərqli fikirlərimiz olduğunu qəbul etdik və razılaşdıq”.

Qeyd edək ki, ABŞ Dövlət Departamentindən “Qəzza siyasəti” səbəbindən istefa verən direktor Coş Paul sosial media hesabından Gilbertin istefası ilə bağlı açıqlama verib:

“Gilbertin istefası Bayden administrasiyası və dövlət katibi Antoni Blinkenin Qəzzada 7 aydan artıqdır davam edən qarşıdurmaya qarşı tam uğursuzluğunu vurğulayır”.