Xəbərlər

ABŞ dövlət katibinin köməkçisi Kiyevdədir

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brienin Ukraynaya səfər edib. 

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink məlumat yayıb.

O qeyd edib ki, O’Brienin Kiyevdə olması güclü siqnaldır: “Birləşmiş Ştatlar Ukraynaya dəstəyini davam etdirir”.

Səfərin proqramı və rəsminin Ukraynada nə qədər qalacağı barədə məlumat verilmir.