Xəbərlər

ABŞ F-35 ilə bağlı 5 milyard dollarlıq müqavilə imzalayıb

ABŞ-ın Müdafiə Nazirliyi F-35 qırıcı-bombardmançı təyyarələrinin istehsalı, texniki xidməti, modernləşdirilməsi və istifadəsi üçün Amerikanın “Lockheed Martin” şirkəti ilə təqribən 5 milyard dollar dəyərində müqavilələr imzalayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Pentaqon məlumat yayıb.

Qeyd edilib ki, 3,91 milyard dollar dəyərində olan müqavilə bu təyyarələrin uçması üçün sistemlərin alınması, F-35-in sınaqdan keçirilməsi, onların istehsalı, yerləşdirilməsi, modernləşdirilməsi və texniki xidmətini əhatə edir. 1 milyard dollarlıq müqavilə isə, xüsusilə, F-35-ə xidmət göstərildiyi obyektlərin istismarının təmin edilməsi və bununla bağlı inkişafların həyata keçirilməsi, eləcə də təyyarənin proqram təminatının təkmilləşdirilməsi ilə bağlıdır.