“Konqres tezliklə Kiyevə daha çox silah və sursat göndərilməsi barədə qərarı təsdiqləməyin bir yolunu tapmasa, həftələr içərisində Ukraynanın Rusiyaya qarşı silah gücü 1:10 nisbətinə düşəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ-ın Avropadakı qoşunlarının komandanı, ordu generalı Kristofer Kavoli bildirib.
Eyni zamanda, “The Associated Press” yazır ki, Konqres 60 milyard dollarlıq əlavə yardım paketinin təsdiqini ertələyəndən bəri Ukrayna silah-sursata qənaət etməyə başlayıb.