“ABŞ hakimiyyəti Gürcüstanda yüksək rütbəli məmurlar və qanunvericilər də daxil olmaqla 20-yə yaxın şəxsə demokratik normaları pozduqları üçün viza məhdudiyyəti tətbiq edir, həmçinin əlavə sanksiyalar hazırlayır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin açıqlamasında bildirilib.
“Dövlət Departamenti bu gün Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan və ya bu prosesdə iştirak edən şəxslərə viza verilməsinə qadağa qoyan viza məhdudiyyətləri siyasətinin bir hissəsi kimi əlavə tədbirləri elan edir. Bu şəxslərin adları və vəzifəsi göstərilmir. Yüksək vəzifəli məmurların və ya demokratiyanın pozulmasında iştirak edən şəxslərin viza məhdudiyyətlərinə məruz qalmasını təmin etmək əsas öhdəliyimizdir”, – bəyanatda qeyd olunub.