Xəbərlər

ABŞ HƏMAS-ı dəstəkləyən əcnəbi tələbələrin vizalarını ləğv edib

ABŞ prezidenti Donald Trampın Fələstinə dəstək nümayişlərində iştirak edən tələbələrin deportasiyasını təmin edən sərəncamından sonra ölkə daxilində tələbələr və məzunlar üçün vizaların ləğvi davam edir.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Verilən məlumata görə, ölkənin aparıcı universitetlərində təhsil alan və ya bu yaxınlarda təhsilini başa vuran yüzlərlə tələbənin vizalarına xitam verilib.

Qeyd edək ki, hazırda Kaliforniya Universitetinin (UCLA) prezidentinin verdiyi açıqlamaya görə, 6 hazırkı tələbə və 6 məzunun vizaları ləğv edilib.