ABŞ HƏMAS Siyasi Bürosunun yeni rəhbəri Yəhya Sinvarı və Fələstin hərəkatının digər yüksək səviyyəli üzvlərini Amerika vətəndaşlarını öldürməkdə ittiham edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
Qeyd edilib ki, ittiham edilənlər arasında HƏMAS-ın Xarici Ölkələrlə Əlaqələr üzrə Milli Bürosunun rəhbəri Əli Barakə, HƏMAS-ın xaricdəki nümayəndəliyinin rəhbəri Xalid Məşəl və hərəkatın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları komandirinin müavini Mərvan İsa da var.