ABŞ Fələstinin HƏMAS hərəkatı ilə əlaqəsi olan 4 fiziki şəxs və 11 quruma qarşı sanksiya tətbiq edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin yazılı açıqlamasında bildirilib.
“Bu gün ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) HƏMAS-ın əhəmiyyətli beynəlxalq maliyyə dəstəkçiləri olan üç şəxsi və bir xeyriyyə təşkilatını, həmçinin Qəzzada HƏMAS tərəfindən nəzarət edilən bir maliyyə qurumunu təyin edib. HƏMAS və onun doqquz biznesi qruplaşmanın terror fəaliyyətini maliyyələşdirmək üçün çox vaxt xeyriyyə adı altında HƏMAS üçün xaricdən vəsait toplamaqda mühüm rol oynayıb”, – məlumatda qeyd olunub.