ABŞ Müdafiə Nazirliyi yaxın həftələrdə Niameydəki 101 saylı hərbi hava bazasından qoşunlarını çıxaracaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ-ın Afrika Komandanlığının (AFRICOM) rəhbəri general Maykl Lenqli məlumat verib.
“Biz qrafikə əməl edirik, 101 saylı aviabazadan ağır texnikanı çıxarırıq, sonra isə 201 saylı aviabazada əməliyyatı tamamlayacağıq. 101 saylı aviabazadan bir neçə həftə sonra çıxacağıq, biz cədvəl üzrə hərəkət edirik”, – o bildirib.
Lenqli qeyd edib ki, ABŞ qüvvələrinin aviabazadan çıxarılması Rusiya Federasiyasından olan hərbi təlimatçıların iştirakı ilə baş verir.
O əlavə edib ki, Rusiyanın Afrikadakı fəaliyyəti səbəbindən Qərb ölkələri ilə Afrika qitəsi dövlətləri arasında münasibətlərdə fikir ayrılıqları yaranır.