ABŞ ordusu Floridada hipersəs raketini uğurla sınaqdan keçirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Pentaqon məlumat yayıb.
Qeyd edilib ki, ABŞ Ordusu və Hərbi Dəniz Qüvvələri bu yaxınlarda Florida ştatındakı Kanaveral burnunda ABŞ Kosmik Qüvvələrinin bazasından adi hipersəs raketinin kompleks uçuş sınağını uğurla həyata keçirib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Karlos del Toro sözügedən buraxılışı mövcud olan ən qabaqcıl silah sistemlərindən birinin inkişafında mühüm mərhələ adlandırıb.
Qeyd edilib ki, bu, cari ildə ikinci uğurlu sınaqdır.