Xəbərlər

ABŞ Husilərin raket buraxılış qurğusunu məhv edib

“ABŞ ordusu son 24 saat ərzində Husilər hərəkatının raket buraxılış qurğusunu məhv edib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“Son 24 saat ərzində CENTCOM qüvvələri Yəmənin İranın dəstəklədiyi Husilər qruplaşmasının nəzarətində olan bölgələrində raket buraxılış qurğusunu uğurla məhv edib”, – məlumatda qeyd edilib.