Xəbərlər

ABŞ Husilərə məxsus iki gəmini məhv edib

ABŞ ordusu son 24 saat ərzində Qırmızı dənizdə Husilər hərəkatının iki gəmisini məhv edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığının mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Qəzza zolağında qarşıdurmanın şiddətlənməsindən sonra Husilər İsrail ərazisinə hücumlar həyata keçirəcəyini, gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəyi barədə xəbərdarlıq edib.