Xəbərlər

ABŞ Husilərin iki raket sistemini məhv edib

ABŞ ordusu son 24 saat ərzində Husilərin iki raket sistemini, bir dəstək maşınını və bir pilotsuz uçuş aparatını (PUA) məhv edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Qeyd edək ki, Qəzza zolağında qarşıdurmanın şiddətlənməsindən sonra Husilər İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və gəmilərin Qırmızı dəniz ilə Bab əl-Məndeb boğazından keçməsinə icazə verməyəcəyini bəyan etmişdi.