ABŞ-ın 12 ştatı ABŞ prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi yüksək tarifləri dayandırmaq üçün məhkəməyə müraciət edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “CNN” məlumat yayıb.
Verilən məlumata görə, Arizona, Kolorado, Konnektikut, Delaver, İllinoys, Men, Minnesota, Nevada, Nyu-Meksiko, Nyu-York, Oreqon və Vermont ştatları məhkəməyə müraciət edib.



