ABŞ-ın Avropadakı komandanlığının təşkil etdiyi “Dəmir yumruq” hərbi təlimləri Litva, Latviya, Estoniya və Polşa ərazilərini əhatə edəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Litva ordusunun komandanlığından bildirilib.
“Təlimlərin əsas məqsədi Amerika bölmələrinin daimi yerləşdiyi yerdən operativ şəkildə yenidən yerləşdirilməsi və NATO-nun şərq cinahında döyüş əməliyyatlarına hazırlaşmaqdır”, – məlumatda qeyd olunub.



