Xəbərlər

ABŞ-ın bəzi ştatlarında fövqaladə vəziyyət elan edilib

ABŞ-ın 5 ştatında (Kentukki, Virciniya, Kanzas, Arkanzas və Missuri) sərt qış şəraiti ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) məlumat yayıb.

Verilən məlumata görə, ABŞ-da güclü qar, buzlanma və yağış səbəbindən təxminən 1500 reys təxirə salınıb.

Qeyd edilib ki, ölkədə son 10 ilin ən güclü qarı gözlənilir.