ABŞ-ın Qüdsdəki səfirliyi və İsraildə fəaliyyət göstərən ABŞ konsulluq şöbələri İran və İsrail arasında münaqişə səbəbindən iyunun 17-də bağlanacaq.
“Füyuzat”In məlumatına görə, bu barədə ABŞ diplomatları bəyanat yayıb.
Onların sözlərinə görə, təhlükəsizlik vəziyyəti və İsrail hakimiyyətinin göstərişlərinə əsasən ABŞ-ın Qüdsdəki səfirliyi çərşənbə axşamı, iyunun 17-də bağlı olacaq. Bura Qüds və Təl-Əvivdəki konsulluq şöbələri də daxildir.
“ABŞ səfirliyi hazırda amerikalıları evakuasiya etmək və ya İsraili tərk etməkdə onlara birbaşa yardım etmək iqtidarında deyil. ABŞ-ın bütün dövlət işçiləri və onların ailə üzvləri növbəti xəbərdarlığa qədər iqamətgahlarında və yaxınlıqda sığınmağa davam edirlər”, – diplomatlar vurğulayıb.



