ABŞ-ın Livandakı səfirliyi atəşə tutulub.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə əsasən bildirib.
“Silahlı şəxs diplomatik missiya ərazisinə atəş açıb, mühafizəçilərdən birini yaralayıb. Hücum edən şəxs də yaralanıb və Livan hərbçiləri tərəfindən saxlanılıb”, – mənbə əlavə edib.
Hücum edən şəxsin dindirilməsi nəticəsində onun Suriya vətəndaşı olduğu məlum olub. Onun tək olmadığı bildirilir. Ordu patrulları Avkar rayonunda səfirlik ərazisini mühasirəyə alıb, ehtimal olunan cinayət ortağının axtarışı davam etdirir.
Hücumdan sonra ABŞ səfirliyinin əməkdaşlarının vəziyyətinin yaxşı olduğu qeyd edilib.