Xəbərlər

ABŞ-ın müdafiə naziri Kiyevə gəlib

ABŞ-ın müdafiə naziri Lloyd Ostin əvvəlcədən elan olunmamış səfərlə Kiyevə gəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, Pentaqon rəhbərinin səfərinin məqsədi ABŞ seçkiləri ərəfəsində Ukraynaya dəstəyi nümayiş etdirməkdir.

Ostinin Ukrayna Prezidenti Volodimir Zelenski və müdafiə naziri Rustem Umerov ilə görüşərək Ukraynanın silah ehtiyaclarını müzakirə edəcəkləri bildirilib.