Xəbərlər

ABŞ-ın nüvə sualtı qayığı Cənubi Koreya limanına daxil olub

ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerjisi ilə işləyən sualtı gəmisi “USS Vermont” Cənubi Koreyanın Busan şəhərinin limanına daxil olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.

Həmçinin Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin Amerika hərbçiləri ilə dostluq mübadiləsi planlaşdırdığı bildirilib.