Amerikanın Seuldakı səfirliyi Cənubi Koreya prezidenti Yun Sek Yeol tərəfindən ölkədə hərbi vəziyyətin tətbiqi və sonradan ləğv edilməsindən sonra yaranmış qeyri-sabit vəziyyət səbəbindən konsulluq xidmətlərini dayandırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə diplomatik nümayəndəliyin məlumatında bildirilib.
“Prezidentin hərbi vəziyyətin ləğvi barədə bəyanatından sonra vəziyyət qeyri-sabit olaraq qalır. Səfirlik vətəndaşları mümkün nəticələri diqqətdə saxlamağa, izdihamlı yerlərdən və nümayişlərdən qaçmağa çağırıb. Belə ki, hətta dinc toplantılar da qarşıdurmaya çevrilə bilər. Səfirlik Amerika vətəndaşlarının konsulluq məsələləri ilə bağlı qəbulunu, həmçinin viza müraciətlərini ləğv edir. Diplomatik nümayəndəlik əməkdaşlarının özləri uzaqdan işləməyə və övladlarını məktəbə göndərməməyə çağırılır”, – məlumatda qeyd olunub.