Xəbərlər

ABŞ-ın sualtı gəmisi Cənubi Koreya limanına gəlib

Amerikanın nüvə enerjisi ilə işləyən sualtı gəmisi “USS Columbia” bu ölkədə texniki təchizatı artırmaq üçün Busan limanına daxil olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat yayıb.

“Los-Anceles sinfinə aid sualtı qayıq bazar ertəsi Pusana gəlib. Cənubi Koreya tərəfi qaldıqları müddətdə amerikalı ekipajla dostluq mübadiləsi aparmağı planlaşdırır”, – məlumatda qeyd olunub.