Birləşmiş Ştatlar İrana qarşı İsraili dəstəkləməyə davam edəcək.
“Füyuzat”ın məlumatına görə, bunu Pentaqon rəhbəri Lloyd Ostin bildirib.
Ostinin sözlərinə görə, Yaxın Şərqdə yerləşdirilən ABŞ qoşunları İranın İsrailə atdığı bir çox raketlərin qarşısını alıb.
“Biz İranın açıq-aşkar təcavüz aktını pisləyirik və onu dəstəklədiyi terror qruplaşmaları da daxil olmaqla, növbəti hücumlardan çəkinməyə çağırırıq”, – ABŞ-ın müdafiə naziri deyib.
Ostin qeyd edib ki, ABŞ-ın öz xalqını qorumaq, İsrailin müdafiəsinə daha çox dəstək vermək və eskalasiyanın qarşısını almaq üçün gücü var.