Xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ hakimiyyəti Rusiya Federasiyası ilə hərbi-texniki əməkdaşlığa görə İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə birgə mətbuat konfransında deyib.

“Son günlərdə biz müttəfiqlərimizlə məlumatları paylaşaraq, birlikdə Tehranın mühüm iqtisadi nəticələrlə üzləşməsini təmin etməyə çalışdıq. Bu gündən sonra ABŞ öz hərəkətlərinə görə İrana qarşı yeni sanksiyalar tətbiq edəcək”, – Blinken qeyd edib.