Xəbərlər

ABŞ İranda 16 təşkilata qarşı sanksiya tətbiq edib

ABŞ Dövlət Departamenti İranda neft ticarəti ilə məşğul olan 16 təşkilata sanksiya tətbiq edildiyini açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

Verilən açıqlamada bu sanksiyaların İranın enerji gəlirlərini azaltmaqla beynəlxalq təhlükəsizliyi artırmaq məqsədi daşıdığı bildirilib.

Sanksiyaların hədəfə alınan qurumların ABŞ-dakı aktivlərini donduracağı və onlara Amerika vətəndaşları ilə iş görməyi qadağan edəcəyi bildirilib.

“Biz İran rejiminin sabitliyi pozan fəaliyyətini maliyyələşdirmək üçün istifadə edə biləcəyi resursları məhdudlaşdırmaq üçün İranın neft və neft-kimya sektorlarına qarşı genişmiqyaslı sanksiyaları aktivləşdiririk. Həmçinin İranın neft ticarəti ilə məşğul olan 16 təşkilatına da sanksiya tətbiq edirik”, – Miller vurğulayıb.