Xəbərlər

ABŞ İranın İsrailə qarşı mümkün silsilə hücumlarına hazırlaşır

“ABŞ yaxın günlərdə İrandan İsrailə qarşı mümkün kütləvi silsilə hücumlara hazırlaşır”.

“Füyuzat”ın məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurası ilə strateji kommunikasiyalar üzrə koordinator Con Kirbi söyləyib.

“Biz israilli həmkarlarımızla eyni narahatlıqları və gözləntiləri paylaşırıq. Hücum bəlkə də bu həftə baş verəcək. Hadisələri çox yaxından izləməyə davam edirik. Hazırda bir hücumun olub-olmayacağını dəqiq söyləmək çətindir. Amma biz silsilə hücumlara hazır olmalıyıq, buna görə də son bir neçə gündə bölgədəki güc varlığımızı və imkanlarımızı artırdıq”, – Kirbi bildirib.