Xəbərlər

ABŞ İsrail və Ərəb ölkələrini NATO-nun 75-ci sammitinə dəvət edib

Birləşmiş Ştatlar İsrail və Ərəb ölkələrinin xarici işlər nazirlərini Vaşinqtonda keçiriləcək NATO-nun 75-ci sammitinə dəvət edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, həmçinin Yens Stoltenberq bütün 32 müttəfiq dövlət və hökumət başçılarını, eləcə də İndo-Sakit okean regionundakı (Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya) tərəfdaş ölkələrin yüksək vəzifəli şəxslərini dəvət edib.

Qəzet qeyd edir ki, İsraillə yanaşı, Yaxın Şərqin dəvət olunmuş ölkələri arasında Misir, İordaniya, Qətər, Tunis, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn də var.

NATO-nun illik sammiti 2024-cü il iyulun 9-dan 11-dək Vaşinqtonda Şimali Atlantika müqaviləsinin imzalanmasının 75 illiyi şərəfinə keçiriləcək. Sammitdə Kiyevə kömək etmək üçün yeni strukturun yaradılması və Ukrayna üçün “NATO-ya körpü” formalaşdırılması müzakirə olunacaq.