Xəbərlər

ABŞ İsrailə dəstək verəcək

ABŞ-ın müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qallantla telefonla danışaraq, bir daha onlara dəstək olduğunu bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd edilib ki, onlar birlikdə Qəzzada atəşkəs razılaşmasını yekunlaşdırmaq imkanını müzakirə edib, bütün hücumları dayandırmaq, İsrail-Livan sərhədinin hər iki tərəfində vətəndaşların sağ-salamat öz evlərinə qayıtmasına imkan vermək üçün diplomatik səyləri davam etdirmək barədə də fikir mübadiləsi aparıblar.