Xəbərlər

ABŞ İsrailin Livanda mümkün quru əməliyyatını dəstəkləmir

“Birləşmiş Ştatlar İsrailin Livana mümkün müdaxiləsinə qarşıdır və Yaxın Şərqdə gərginliyi azaltmaq üçün konkret ideyalar irəli sürmək niyyətindədir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” agentliyi Dövlət Departamentinin adının açıqlanmasını istəməyən nümayəndəsinə istinadən məlumat yayıb.

“Biz, şübhəsiz ki, Livana qurudan müdaxilənin bölgədəki gərginliyi azaltmağa kömək edəcəyinə inanmırıq”, – nümayəndə bildirib.

Qeyd edilib ki, Vaşinqton İsrailin mövqeyi ilə razılaşmır və Hizbullah hərəkatı ilə münaqişənin genişlənməsinin qarşısını almaq üçün müttəfiqləri ilə konkret ideyaları müzakirə etmək niyyətindədir.