Xəbərlər

ABŞ İsrailin təhlükəsizliyi üçün bölgəyə əlavə döyüş təyyarələri və gəmilər göndərir

“İrandan gələn təhdidlər qarşısında İsrailin təhlükəsizliyinə dəstəyini artırmaq üçün bölgəyə əlavə döyüş təyyarələri və gəmilər göndərəcəyik”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq bildirib ki, nazir Lloyd Ostin İranın mümkün hücumu halında İsrailə əlavə hərbi dəstək göndərilməsi barədə göstəriş verib.

ABŞ hazırda regionda fəaliyyət göstərən “USS Theodore Roosevelt” təyyarədaşıyan gəmisini əvəz etmək üçün “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisini, ballistik raketdən müdafiə qabiliyyətinə malik əlavə kreyser və esmineslər göndərəcək, həmçinin quruda ballistik raketdən müdafiə imkanlarını artıracaq.

Qeyd edək ki, Ostin həmçinin İsrailin müdafiəsi üçün Yaxın Şərqdə xidmət etmək məqsədilə bölgəyə əlavə döyüş təyyarələri də göndərəcək.