ABŞ yaxın həftələrdə Ukraynaya daha bir hərbi yardım paketi ayırmağı planlaşdırır.
“Füyuzat”ın məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Hazırda sizə elan edəcəyim heç nə yoxdur, lakin siz bizim yaxın həftələrdə Ukraynaya yeni hərbi yardım paketləri verəcəyimizi görəcəksiniz”, – Kirbi qeyd edib.