Xəbərlər

ABŞ konqresmeni Rusiya ilə bağlı qərarına görə Baydenin impiçmentinə çağırıb

“ABŞ Prezidenti Co Baydenin Amerika silahlarından Rusiyanın dərinliklərinə zərbə endirilməsini təsdiqləməsi ciddi hadisədir və bu səbəbdən dövlət başçısına qarşı impiçment elan edilməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ Nümayəndələr Palatasının üzvü Tomas Massi deyib.

“Uzaqmənzilli raketlərin Rusiyaya hücum etməsinə icazə verməklə Bayden bütün ABŞ vətəndaşlarının həyatını riskə atan konstitusiyaya zidd müharibə aktı törədir”, – nümayəndə əlavə edib.