Xəbərlər

ABŞ mikroçiplərə və yarımkeçiricilərə 100% rüsum tətbiq edəcək

“ABŞ mikroçiplərə və yarımkeçiricilərə təxminən 100% idxal rüsumları tətbiq etmək niyyətindədir”.

“Füyuzat”ın məlumatına görə, bunu çərşənbə günü ABŞ prezidenti Donald Tramp Ağ Evdə “Apple” şirkətinin yaxın bir neçə il ərzində Amerika iqtisadiyyatına 600 milyard dollar investisiya yatırmaq planlarına həsr olunmuş çıxışı zamanı bildirib.

Tramp vurğulayıb ki, ABŞ-da avadanlıq istehsal edən texnologiya şirkətləri “başqalarının yerinə tarif ödəmək məcburiyyətində qalmayacaqlar”: “Başqa sözlə, biz çiplərə və yarımkeçiricilərə təqribən 100 faiz tarif tətbiq edəcəyik. Lakin ABŞ-da istehsalat qursanız, pul ödəməli olmayacaqsınız”.