Xəbərlər

ABŞ Minskdəki səfirliyinin fəaliyyətini bərpa etmək istəyir

“ABŞ Belarus Respublikasındakı səfirliyinin fəaliyyətini bərpa etmək istəyir”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidentinin nümayəndəsi Con Koul Belarus lideri Aleksandr Lukaşenko ilə görüşdə deyib.

“Bu münasibətlərin ABŞ və Belarusiya arasında daha da normallaşması, yaxşılaşdırılması və s. üçün hələ çox iş görmək olar. Biz səfirliyimizi Minskə qaytarmaq istəyirik”, – o əlavə edib.