“ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə mühərrikli təyyarədaşıyan gəmisi “Corc Vaşinqton” daimi dislokasiya üçün noyabrın 22-də Tokio körfəzinin girişindəki Yokosuka bazasında yerləşdiriləcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ Silahlı Qüvvələrinin komandanlığının rəsmi bildirişinə istinadən məlumat verib.
“Corc Vaşinqton” təyyarədaşıyan gəmisinin gələcəkdə regiona yerləşdirilməsi Yaponiyanın təhlükəsizliyi və regionda sülhün, sabitliyin qorunması üçün çox vacib addımdır”, – məlumatda bildirilib.