Xəbərlər

ABŞ Norveçə 2 milyard dollarlıq raket satacaq

ABŞ Dövlət Departamenti Norveçə ümumi dəyəri təxminən 1,94 milyard dollar olan ortamənzilli “hava-hava” raketlərinin mümkün satışını təsdiqləyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Məsələləri üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Bildirilib ki, Norveç iqtidarı Vaşinqtondan 300 ədəd AMRAAM, həmçinin bu texnikalar üçün 20 istiqamətləndirmə sistemi tələb edib.

Bundan əlavə, sövdələşməyə köməkçi avadanlıqlar, xüsusilə ehtiyat hissələri, istehlak materialları, proqram təminatı, texniki sənədlər, eləcə də texniki və logistik dəstək daxildir.