Sentyabrın 7-dən 9-a qədər ABŞ işgüzar dairələrinin nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır.
“Füyuzat”ın məlumatına görə, ABŞ-ın Bakıdakı səfirliyi avqustun 8-də Vaşinqtonda Azərbaycan-ABŞ strateji tərəfdaşlığı üçün nizamnamənin hazırlanmasına görə strateji işçi qrupunun yaradılmasına dair anlaşma memorandumunun imzalandığını açıqlayıb.
Səfirlik əlavə edib ki, bu addım ABŞ və Azərbaycan arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verəcək və ölkələr arasında iqtisadi-ticarət əməkdaşlığının yeni mərhələsinin başlanğıcı olacaq.



