Xəbərlər

ABŞ nümayəndəsi Çinə səfər edəcək

ABŞ-ın Çin və Monqolustan üzrə köməkçisi Scott Shaw həm ticarət məsələlərini, həm də Rusiyaya qarşı mümkün sanksiyaları müzakirə etmək üçün gələn həftə Honq Konq və Pekinə səfər edəcəyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “South China Morning Post” məlumat yayıb.

Qeyd edilib ki, Shaw Honq-Konqda görüşlər zamanı Moskvanın sanksiyalardan yayınmaması üçün Rusiya Federasiyasına yardım göstərməməyə çağırış etmək niyyətindədir.