“Qırmızı dənizdəki gərginlikdə İran da iştirak edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərq üzrə baş komandanı və Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının rəhbəri Bred Kuper məlumat verib.
“İran açıq şəkildə Husiləri maliyyələşdirir, resurs alır, təchizat və təlimlər keçirir. Aydındır ki, onlar hadisələrdə birbaşa iştirak edirlər. Bu, sirr deyil”, – Bred Kuper “Associated Press”ə verdiyi açıqlamasında söyləyib.
Kuper HƏMAS ilə həmrək olan Husilərin Qırmızı dəniz və Ədən körfəzinə doğru genişləndiyini, İranın dəstəklədiyi döyüşçülərin isə daha əvvəl Fars körfəzində fəaliyyətlərini davam etdirdiyini bildirib.
“Həqiqət budur ki, onlar beynəlxalq ictimaiyyətə hücum edirlər. ABŞ-ın keçən həftə Husilərə qarşı raket zərbələrinə baxsanız, bu təxribatlara qarşı beynəlxalq reaksiyamızı görmüsünüz”, – Kuper əlavə edib.