Xəbərlər

ABŞ Qrenlandiyanı satın almaq istəyir

Ağ Ev, Donald Tramp və onun rəsmiləri Danimarka ərazisi olan Qrenlandiyanı almaq üçün potensial təklifi fəal şəkildə müzakirə etdiklərini təsdiqləyiblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə “BBC” məlumat yayıb.

Ağ Evin sözçüsü Karolin Livit çərşənbə günü jurnalistlərə bildirib ki, məsələ hazırda prezident və onun milli təhlükəsizlik komandası tərəfindən araşdırılır.

Qeyd edək ki, həm Qrenlandiya, həm də Danimarka dəfələrlə adanın satılmadığını vurğulayıb.